“Distant təhsilin lokal formada həyata keçirilməsi daha məqsədəuyğundur”- Təhsil ekspertibackend

“Distant təhsilin lokal formada həyata keçirilməsi daha məqsədəuyğundur”- Təhsil eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrlər qızılca xəstəliyinin yayılması bir çox məktəblərin bəzi siniflərində davamiyyətə təsir edib, bəzi auditoriyalarda isə təhsil distant formaya keçirilib. Digər təəssüf doğuran məqamlardan biri isə xəstəlikdən həyatını itirən azyaşlıların olmasıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

O bildirib ki, distant formalı təhsilə keçidin tərəfdarı deyil:

“Çünki distant təhsil koronavirus səbəbilə 2020-ci ildə uzun müddət tətbiq olundu və təhsildə bir qədər geriliyə səbəb oldu. Qızılca xəstəliyinə görə distant təhsilə keçid olunsa, bu xəstəliyin sürətlə yayılmasının qarşısını alsa da yenə də təhsildə geriləmiş olacağıq. Təsadüfi deyil ki, müvafiq olaraq 2020 və 2021-ci ilin müəyyən dövrlərində tədrisin hibrid formada həyata keçirilməsi şagirdlərin ümumi qiymətləndirilmələrinə ciddi şəkildə mənfi təsir edib. Hazırda da distant təhsilə keçid müvafiq imtahan və qiymətləndirmələrdə uğursuzluqlara səbəb olacaq. Ona görə yeganə və adekvat çıxış yolu hansı məktəbdə daha çox yoluxma varsa, həmin təhsil müəssisəsi və ya mövcud auditoriyanın müvafiq olaraq müəyyən müddətlik distant təhsilə keçid etməsidir. Daha çox ümumi yox, lokal formada distant təhsil həyata keçirilməlidir. Bu, daha çox məqsədəuyğundur”.

//Gülnarə Abasova, Editor.az