Dnepropetrovsk vilayəti raket atəşinə tutulubbackend

Dnepropetrovsk vilayəti raket atəşinə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Rusiya işğalçıları dünən gecə və səhər saatlarında Dnepropetrovsk vilayətinin Pavloqrad rayonuna raket zərbələri endiriblər.

Editor.az xəbər verir ki, bu barədə mayın 1-də Telegram-da regional hərbi administrasiyanın rəhbəri Sergey Lısak məlumat yayıb. Məlumata görə, “Düşmən raketlərlə Dnepropetrovsk vilayətinə hücum edib. Raketlərin 7-si “Vostok” hava komandanlığı tərəfindən vurulub. Amma zərbələr nəticəsində azı 25 nəfər yaralanıb. Onların arasında üç uşaq da var. Pavloqradda sənaye müəssisəsinə ziyan dəyib.

Yanğın baş verib. Ümumilikdə yaşayış massivində 19 hündürmərtəbəli bina, 25 fərdi yaşayış evi, 6 məktəb və məktəbəqədər təhsil müəssisəsi, 5 mağaza zərər görüb”, – VHA-nın rəhbəri qeyd edib.

  //Samir Qurbanov,Editor.az