Döyüşə məhkumlar gedirbackend

Döyüşə məhkumlar gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus işğalçıları Ukraynadakı itkilərini məhbuslar hesabına ört-basdır etməyə çalışırlar. “Mühafizəçilər”ə fərarilik və ya itaətsizlik halında onları güllələmək əmri verilib.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da məlumat yayıb. “Düşmən öz canlı qüvvə itkilərini məhbuslar hesabına bərpa etməkə davam edir. Bu yaxınlarda “Vaqner” PMC tərəfindən cəlb edilmiş 400-ə yaxın belə şəxsin işğalçıların Zaporojye vilayətinin Berdyansk rayonundakı səhra düşərgələrindən birinə gəlməsi qeydə alınıb”, – Baş Qərargah bildirir.

Eyni zamanda qeyd edilir ki, bu taktikanın Luqansk vilayətində də tətbiqi gözlənilir. “Məhkumlar 200 nəfərin şəhər yaxınlığındakı poliqonlardan birində təlimlər keçirilməsi planlaşdırılır. Təlim bir neçə həftə davam edəcək”, – məlumatda deyilir. Bundan əlavə, göstərilir ki, məhbusları qoruyan qoruyan şəxsi heyətə fərarilik və ya itaətsizlik halında atəş açmaq əmri verilib.

  //Samir Qurbanov,Editor.az