Dünya bu tarixdə rahatlıq tapacaq – azərbaycanlı numeroloqbackend

Dünya bu tarixdə rahatlıq tapacaq – azərbaycanlı numeroloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

: 2029-cu ildə dünyada stabilləşmə başlayacaq.

Editor.az  musavat.com-a istinadən bildirir ki, bu sözləri tanınmış numeroloq Xəyal Məmmədov Rusiya-Ukrayna savaşı ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, 2022 çox ağır energetikalı ildir:

“Bu il başlamamışdan əvvəl də bəzi müsahibələrimdə bunu qeyd etmişdim, 2022 çox mənfi enerjili rəqəmdir. Ancaq bunun mənfiliyi yalnız 2022 ilə bitmir. 2022-də olan 2 ədəd 2 sıfırlanır. 3 ədəd ikinin cəmi isə 6 edir. Bunun mənası odur ki, 2022-ci ildən sonrakı 6 ildə – 2028-ci ilə qədər dünya xəritəsində çox böyük dəyişikliklər baş verəcək. Yəni bu neqativ sadəcə bu illə bitməyəcək. Müxtəlif bölgələrdə müharibələr olacaq. Təəssüf ki, yaxın müddətdə Rusiya-Ukrayna müharibəsi bitməyəcək. Rəqəmlər də bunu göstərir ki, savaş hələ davam edəcək”.