“Dünya nizamı bərbad vəziyyətdədir”- Tofiq Abbasovdan ŞƏRHbackend

“Dünya nizamı bərbad vəziyyətdədir”- Tofiq Abbasovdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il ötən zamanlardan qalan gərginliklər öz axarında davam edəcək”.

Bu sözləri Editor.az-a dünyanı gözləyən siyasi münaqişələrlə bağlı danışarkən politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, hələ elə bir mexanizm və ya alqoritm tapılmayıb ki, hazırda dünyada gedən bəzi münaqişələrin yaxın zamanda həllini tapmasında rol oynasın: “Məsələ orasındadır ki, dünyada özünəməxsus güclər dəstəsi var. Bu G7 və onun ətrafında olan daha bir neçə dövlətdir ki, qütblər formalaşdırıblar və öz aralarında ciddi münaqişə hökm sürür. Həmin mübarizələr çox zaman üstü örtülü halda gedir və bu güclər dəstəsində qərar tutmuş məmləkətlərin bir qayəsi var ki, onlar proksi-müharibələr vasitəsilə öz imkanlarını qoruyub saxlasınlar.

Aydın məsələdir ki, dünya nizamı bərbad vəziyyətdədir. Faktiki olaraq II Dünya Müharibəsindən sonrakı nizam artıq öz mahiyyətini itirib. Təzə dünya nizamının yaranmasının konturları da qeyri-müəyyən tərzdədir.

Böyük dövlətlərin gərginlik ocaqlarının yaradılmasında çox böyük məharətləri var. Belə olan halda isə özlərini çox rahat hiss edirlər. Çünki bilirlər ki, münaqişə yaranan yeni bölgələrə müdaxilə imkanları çox olacaq və proseslərə özləri hakim kəsiləcəklər. Zənnimcə hazırda dünyada gedən münaqişələrin həllinə hələ çox var”.

//Səbinə Hüseynli, Editor.az