Əfqanıstandan Özbəkistana beş mərmi atıldı – FOTObackend

Əfqanıstandan Özbəkistana beş mərmi atıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan Xarici İşlər Nazirliyi iyulun 5-də ölkənin Əfqanıstanla həmsərhəd ərazisinə 5 reaktiv mərminin düşdüyünü, lakin partlamadığını bildirib.

Bu barədə qurumun “Telegram” kanalında məlumat verilib.

Ehtimal olunur ki, mərmilər Əfqanıstan ərazisindən atılıb.

Onlar aşkar edildikdən sonra istehkamçılar tərəfindən zərərsizləşdirilib.

Qeyd olunub ki, mərmilərin yerə düşməsi zamanı heç bir partlayış baş verməyib, insan tələfatı və dağıntı olmayıb. Eyni zamanda Termez şəhərinin Majnuntol rayonunda 4 fərdi yaşayış evinə cüzi ziyan dəyib.

Mərmilərdən biri futbol meydançasına düşüb.

Hazırda Özbəkistanın səlahiyyətli orqanları Əfqanıstan tərəfi ilə birlikdə insidentin səbəblərini müəyyənləşdirir.