Entoni Blinken: Türkiyəyə qırıcıların satışına dair razılaşma ABŞ Konqresi tərəfindən təsdiqlənməlidirbackend

Entoni Blinken: Türkiyəyə qırıcıların satışına dair razılaşma ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayden administrasiyası Türkiyəyə F-16 qırıcılarının satışını dəstəkləyir.

Editor.az bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Ankaraya səfəri zamanı deyib. O, həmçinin İsveç və Finlandiyanın tezliklə NATO-ya daxil olacağına əminliyini ifadə edib. 20 milyard dollar dəyərində F-16 döyüş təyyarələrinin satışına dair razılaşma ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir. Türkiyə 40 yeni və 80-ə yaxın modernləşməyə gedəcək təyyarə dəsti tələb edib.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə birgə mətbuat konfransında Blinken bildirib ki, o, gözlənilən satışla bağlı Konqresə rəsmi bildiriş təqdim etmək üçün vaxt cədvəli verə bilməz, lakin Bayden administrasiyasının sövdələşməyə dəstəyi açıqdır: “Bu, NATO-nun qarşılıqlı fəaliyyəti və ABŞ-ın milli təhlükəsizliyi üçün çox vacibdir”, – Blinken bildirib. Türkiyə və Macarıstan hələ də İsveç və Finlandiyanın alyansa daxil olmasına icazə verməyən yeganə NATO üzvləri olaraq qalır.

Lakin o, əmin olduğunu bildirib ki, “NATO tezliklə onları rəsmən qəbul edəcək və bu baş verəndə ABŞ, o cümlədən Türkiyə də daxil olmaqla NATO-nun hər bir üzvünün təhlükəsizliyini gücləndirəcək”, – Blinken vurğulayıb.

  //Samir Qurbanov, Editor.az