FSB-nin Ukrayna Ali Radasındakı agenti yaxalandıbackend

FSB-nin Ukrayna Ali Radasındakı agenti yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ali Radası Administrasiyasının keçmiş əməkdaşı, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agenti parlamentin iclas zalında dinləmə cihazları quraşdırmağa cəhd edib.

Editor.az xəbər verir ki, bu barədə avqustun 19-da Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Telegram-da məlumat yayıb. Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı keçmiş əməkdaşın Rusiya xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunması faktını ifşa edib. UTX-nin məlumatına görə, o, müharibədən əvvəl müvəqqəti işğal olunmuş Krıma səfəri zamanı FSB zabiti tərəfindən bu əməkdaşlığa inandırılıb.

“Rusiya idarəçisinin göstərişi ilə agent xarici nümayəndə heyətlərinin Ukrayna parlamentinə səfərləri, o cümlədən onların şəxsi heyəti, rəsmi və qeyri-rəsmi danışıqların məzmunu ilə bağlı kəşfiyyat məlumatları toplamalı idi”, – məlumatda deyilir. FSB “əmədaşına” zallarda və dəhlizlərdə məlumatların gizli toplanması üçün xüsusi texniki vasitələrin quraşdırılması imkanlarını öyrənmək tapşırığı verilib. UTX qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzüü başlayanda o, dövlət qurumundan istefa verib, buna görə də Rusiya xüsusi xidmət orqanlarının heç bir tapşırığını yerinə yetirə bilməyib. “Adam Jitomir vilayətində strateji əhəmiyyətli obyektdə işə düzəlməyə çalışıb.

Bunun üçün o, xüsusi yoxlamadan keçib və bu zaman UTX-nin mütəxəssisləri işə götürülmə faktını aşkar ediblər. Agentin özü könüllü olaraq Rusiya xüsusi xidmət orqanlarının tapşırıqları məlumat verib və bu barədə ətraflı danışıb”, – UTX təfərrüatları açıqlayıb. UTX-də Ukrayna Cinayət Məcəlləsinin 111-ci (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Maddənin sanksiyasında əmlakı müsadirə olunmaqla və ya edilmədən 12 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 //Samir,Editor.az