Gəncədə və Tovuzda 14 yaşlı qızlar itkin düşübbackend

Gəncədə və Tovuzda 14 yaşlı qızlar itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə və Tovuzda 14 yaşlı qızlar itkin düşüb.

“Report”un məlumatına görə, Gəncə şəhəri Ş.İ.Xətai prospekti ev 115a mənzil 43-də yaşayan 2009-cu il təvəllüdlü Türkan Qurbanova yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Faktla bağlı Gəncə Şəhər Polis idarəsində araşdırma aparılır.

Digər hadisə isə Tovuzda baş verib. 2009-cü il təvəllüdlü, orta məktəb şagirdi Gülay Bayramova yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndindəki evlərindən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.