Gəncədə yanaraq ölən şəxs bu vəzifəli şəxsin oğlu imiş – FOTObackend

Gəncədə yanaraq ölən şəxs bu vəzifəli şəxsin oğlu imiş – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə evdə baş verən yanğında ölən 1966-cı il təvəllüdlü Kamil Quliyev Daşkəsən rayonunun keçmiş prokuroru mərhum Nəbi Quliyevin oğludur.

Editor.az report-a istinadən xəbər verir ki, Kamil Quliyev evdə tək yaşayırmış və səhhətində problemlər olub.

Quliyevlər əslən Kəlbəcər rayonundandırlar.

Qeyd edək ki, Gəncə şəhərində ümumi sahəsi 190 kvadratmetr (hər mərtəbəsi 95 kvadratmetr) olan ikimərtəbəli yeddiotaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 kvadratmetr sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.