General rütbəsi verilən FHN əməkdaşları kimdir? – FOTObackend

General rütbəsi verilən FHN əməkdaşları kimdir? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla FHN-in 3 polkovnikinə general rütbəsi verilib.

Editor.az qafqazinfo.az-a istinadən xəbər verir ki, general-mayor ali hərbi rütbəsi verilən Şahin Mirzəyev hazırda Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri vəzifəsini tutur.

O, daha əvvəl FHN-in Şimal Regional Mərkəzinin rəisi və digər vəzifələrdə çalışıb.

Fotoda Şahin Mirzəyev

 

Daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilən Asif Məmmədli isə hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi vəzifəsində çalışır. O, bir müddət əvvəl FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini vəzifəsindən azad edilərək DYMX-nin rəisi təyin edilib.
Ətraflı

Fotoda Asif Məmmədli

 

Daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilən digər polkovnik Aqşin Kazımova gəlincə, o, hazırda Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis vəzifəsində çalışır.

Fotoda Aqşin Kazımov

 

Qeyd edək ki, Prezidentin sərəncamı ilə general-mayor Etibar İsmayılovun də rütbəsi artırılıb. General-leytenant rütbəsi verilən E.İsmayılov hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir.