Goranboyda iki uşaq anası özünü öldürübbackend

Goranboyda iki uşaq anası özünü öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda Kəlbəcər sakini intihar edib.

APA xəbər verir ki, 1981-ci il təvəllüdlü Arifə İmamverdi qızı İsmayılova rayonun Börü kəndindəki fərdi yaşayış evinin həyətindəki tövlənin tavanından təsərrüfat təyinatlı kəndirlə özünü asaraq intihara cəhd edib.

Hadisəyə anası Məleykə Həsənova müdaxilə edib.

O, məişətdə istifadə edilən bıçaqla kəndiri kəsərək A.İsmayılovanı Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Xəstəxanada həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq, A.İsmayılova ölüb.

Mərhumun iki övladı qalıb.

Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.