“Hay-Küy” restoranında hay-küy saldı, həbs edildibackend

“Hay-Küy” restoranında hay-küy saldı, həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba şəhərində yerləşən “Hay-Küy” restoranında hay-küy salan şəxs həbs edilib.

1986-cı il təvəllüdlü Cabir (ad şərti) restoranda yeyib-içib və gecə saat 03.00 radələrində hadisəni törədib. O, “Hay-Küy” restoranının qarşısında uca səslə ünvansız nalayiq küçə söyüşləri işlədib.

Polis tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Cabir məhkəmədə əməlindən peşman olduğunu bildirib, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib və 4 gün müddətə inzibati qaydada həbs edilib. (Qaynarinfo)