Həkimlər maqnit udan 9 yaşlı uşağı xilas ediblərbackend

Həkimlər maqnit udan 9 yaşlı uşağı xilas ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Ramensky Xəstəxanasında çalışan həkim cərrahlar maqnit udmuş ​​və getdikcə pisləşən bağırsaq pozğunluğundan əziyyət çəkən 9 yaşlı uşağı uğurla xilas ediblər.

Editor.az rus mətbuatına istinadən xəbər verir ki, xəstəxananın uşaq cərrahiyyəsi şöbəsinin müdiri Vladimir Habalovun verdiyi məlumata görə, uşaq qarın ağrısı və bağırsaq pozğunluğunun artması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Oğlanın xəstəxanaya yerləşdirilməsindən iki gün əvvəl birdən çox maqnit udduğu məlum olub, ancaq bu barədə valideynlərinə heç nə deməyib. Müayinədən məlum olub ki, maqnitlər bir -birinə yapışıb bağırsaqdakı iki divarı sıxışdırıblar. Cərrahlar edilən əməliyyatda bağırsaq hissəsindəki maqnitləri çıxarıb bağırsaqla bağırsağın təmas etdiyi yerlərdə yaranan boşluqları tikiblər. Uşağın vəziyyəti sabitdir və evə göndəriləcəyi deyilir.

//Gülnarə Abasova, Editor.az