İlham Əliyev bu gün Putinlə görüşəcək: Müttəfiqlik haqqında bəyannamə imzalana bilər -DETALLARbackend

İlham Əliyev bu gün Putinlə görüşəcək: Müttəfiqlik haqqında bəyannamə imzalana bilər –DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də bu ölkəyə səfər edib. Fevralın 22-də isə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Xəbəri Kremlin mətbuat xidməti yayıb. Danışıqların yekununda “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” bəyannamənin imzalanacağı gözlənir.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Editor.az-a bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya səfərinin arxasında bir neçə məqam var:

“Hesab edirəm ki, görüşün əsas müzakirə mövzusu Rusiya-Ukrayna arasındakı gərginlik olacaq. Moskva rəsmi Bakının nəbzini ölçməyə çalışır. V. Putin rəsmi Bakıdan konkret şəkildə Rusiyanın yanında olmağını gözləyir. Rəsmi Bakı hər zaman neytrallığını qoruyur və bu, ən düzgün ritorikadır. Bu məqsədlə Putin pərdəarxası görüşlərdə sülhməramlı kartından da istifadə edə bilər.  Hesab edirəm ki, sabahkı görüşdə İlham Əliyev sülhməramlılarla bağlı narahatçılığını da rəsmi Moskvaya çatdıracaq. Çünki dövlət başçısı bu haqda rəsmi xəbərdarlıqlar da edib. Sülhməramlılarla bağlı narazılıqların üzbəüz görüşdə diqqətə çatdırılması Putini narahat edə bilər. Çünki bu məsələdə Rusiya Azərbaycanın yanında gözü kölgəlidir”.

K. Novruzov qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentlərində “Şuşa bəyənnaməsi”nin təsdiqlənməsindən sonra belə bir görüşün baş tutması təsadüfi deyil:

” Bu günkü görüşdə isə bu istiqamətdə müəyyən razılıqlıqlar əldə olunacaq, sənədlər imzalanacaq. Rusiya artıq “Şuşa bəyannaməsi”ndən narahatdır. Rəsmi Kreml başa düşür ki, Azərbaycan artıq onun orbitindən çıxmaq üzrədir, buna imkan vermək istəmir. Putin son günlərdə ard-arda dörd dünya lideri ilə görüş keçirtdi. Makron, Tokayev, Almaniya kanslerk Şolts və Lukaşenko ilə görüşlərini dünya siyasətçiləri müxtəlif cür şərh etdi. Putin görüşlərdə Lukaşenko, Tokayevlə çox yaxın məsafədə əyləşsə də, Şolts və Makronla xeyli məsafədən əyləşdi. Bu isə müxtəlif cür təhlil edildi. Əminəm ki, sabahkı görüşdə Putin İlham Əliyevlə də yaxın məsafədə oturacaq. Bu başqa cür də ola bilməz. Çünki V.Putin İlham Əliyevlə yaxın kresloda əyləşməklə göstərmək istəyəcək ki, Azərbaycan mənim yaxın strateji müttəfiqlərimdəndir. Əgər onların arasında uzun masa olsa artıq bu Putinin diplomatik səhvi olar. Lakin bir təcrübəli diplomat bunu etməz. Sabahkı görüşdə imzalanacaq sənədlər isə Rusiya ilə müttəfiqlik barədə olacaq”.

//Gülnarə Abasova, Editor.az