İmişlidə çayxana yanıbbackend

İmişlidə çayxana yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli rayonunun Mərzəlik kəndində ümumi sahəsi 130 kv.m olan çayxana kimi fəaliyyət göstərən ikimərtəbəli binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın 2-ci mərtəbəsinin tavanı 65 kv.m sahədə, yaxınlıqda ümumi sahəsi 9 kv.m olan taxta konstruksiyalardan ibarət tikili və ümumi sahəsi 9 kv.m olan digər tikilinin taxta atmaları yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

//milli.az