İranda “Əxlaq polisi” ləğv edildi: Hicabla bağlı qanuna dəyişiklik ediləcəkbackend

İranda “Əxlaq polisi” ləğv edildi: Hicabla bağlı qanuna dəyişiklik ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri İranda “Əxlaq polisi”nin ləğv edildiyini açıqlayıb.

Yaxın vaxtlarda İran hakimiyyəti qadınların hicab taxmasını tələb edən qanuna yenidən baxmaq niyyətindədir. Əxlaq polisi tərəfindən düzgün hicab geyinmədiyi üçün saxlanılan Məhsa Əmininin ölümü ilə bağlı ölkədə iki aydan artıqdır ki, kütləvi etirazlar davam edir. “Əxlaq polisi”nin üzvləri adətən İran şəhərlərinin küçə və parklarında patrulluq edən İran hüquq-mühafizə qüvvələrinin gücləndirici patruludur.

“Əxlaq polisi” adətən hicablı qadınlara, saçları və bədənin əksər hissəsini örtən geyimə və istifadəsi qadağan edilən kosmetikaya nəzarət edir. Oxşar hökumət strukturları Səudiyyə Ərəbistanı, Sudan və ya Malayziyada da mövcuddur. Baş Prokuror “Əxlaq polisİ”nin məhkəmə sistemi ilə heç bir əlaqəsi olmadığından ləğv edildiyini bildirib. Onun sözlərinə görə, çərşənbə günü, noyabrın 30-da parlamentin mədəniyyət komissiyasının iclası keçirilib və bu iclasda İranda qadınların hicab taxmasını məcbur edən qanunun dəyişdirilməsi məsələsi müzakirə olunub. İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri deyib: “Həm parlament, həm də məhkəmə sistemi bu məsələ üzərində işləyir”.

İran prezidenti İbrahim Rəisi isə ölkənin cümhuriyyət və islam əsaslarının konstitusiyada təsbit edildiyinə diqqət çəkib. Bununla belə, o qeyd edib ki, onların həyata keçirilməsinin “çevik” yolları varır. Qeyd edək ki, İranda etirazlar sentyabr ayında başlayıb və hələ də davam edir. Hüquq müdafiəçilərinin məlumatına görə, 450-dən çox etirazçı və 60 təhlükəsizlik işçisi öldürülüb, 18 mindən çox insan saxlanılıb. Etirazlarda ölənlərlə bağlı hələlik rəsmi statistika yoxdur. İran “İnternational”nın məlumatına görə, İran hakimiyyəti etirazları yatırtmaq üçün Rusiyaya müraciət edib. Kütləvi aksiyalara səbəb Tehranda “Əxlaq polisi” tərəfindən səhv hicab geyindiyinə görə saxlanılan 22 yaşlı qadın Məhsa Əmininin ölümü olub. Qızın yaxınları onun ölümünün təcridxanada döyülmə nəticəsində baş verdiyini ehtimal edirlər.

  //Samir Qurbanov, Editor.az