İranda keçirilən səsvermədə təəccüb doğuran nəticə – KILIÇDAROĞLU…backend

İranda keçirilən səsvermədə təəccüb doğuran nəticə – KILIÇDAROĞLU…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qardaş Türkiyədə mayın 14-də keçirilən seçkilər bəli olduğu kimi, tək regionda deyil, dünyanın diqqət mərkəzində olub. Seçkilərin nəticələri və kimin qalib olacağı tək regionda deyil, beynəlxalq aləmdə ən çox izlənilən proses olub. Bəlli olduğu kimi, seçkidən əvvəl bir çox ölkələrdə yaşayan və fəaliyyət göstərən Türkiyə vətəndaşları da səsverməyə qatılıb. Yekun nəticələrə görə, hazırki prezident Rəcəb Tayyip Ərdoğan cüzi fərqlə rəqibi CHP sədri Kamal Kılıçdaroğludan geri qalıb.

Yeri gəlmişkən, Türkiyə prezidentinin məğlubiyyətini böyük səbirsizliklə gözləyən qonşu İran da türk vətəndaşları üçün səsvermə keçirilib. Bu ölkədə səsvermələrdə diqqətçəkən nəticələr olub. Bu nəticələrə görə Kamal Kılıçdaroğlu 53,92 faiz səslə İranda birinci olub. Qardaş Türkiyənin “Yeni akit” qəzeti yazır ki, “uzun illər İslam hakimiyyəti altında olan İranda təəccüblü nəticə ortaya çıxıb. Kılıçdaroğlundan sonra prezident Rəcəb Tayyib Ərdoğan 42,86 faiz səs toplayıb. Sinan Oğan 2,30 faizdə qalsa da, Məhərrəm İncə 0,92 faiz səs toplayıb”.

Xatırladaq ki, İranın Xarici İşlər Nazirliyi Türkiyədə keçirilən prezident və parlament seçkiləri ilə bağlı bəyanat yayıb və bildirib ki, “bazar günü Türkiyə Cümhuriyyəti xalqının prezident və parlament seçkilərində yüksək səviyyədə iştirakı və onun uğurla keçirilməsi bu qonşu müsəlman ölkədə demokratiyanın qələbəsidir”. Qeyd edək ki, Ərdoğanla müqayisədə Kamal Kılıçdaroğlu İran üçün daha az narahatlıq yaradan namizəd kimi xarakterizə olunur. Ancaq bir məsələ var. Tehran inutmamalıdır ki, Kılıçdaroğlu qalib olsa, İran üçün daha az faydalı ola bilər. Kılıçdaroğlu qalib olarsa, sadəcə Qərbin qarşısında dayanıb, İrana qarşı tətbiq edilən və edilə biləcək sanksiyalardan yan keçmək iqtidarında deyil. Dəqiq ifadə etsək, Ərdoğandan fərqli olaraq belə bir riskə getməyəcək.

Milli.az