İranda qadınlar hicablarını yandırırlar: Daha çox insanın öldüyü iddia edilirbackend

İranda qadınlar hicablarını yandırırlar: Daha çox insanın öldüyü iddia edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda “əxlaq polisi” tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əminin ölümündən sonra başlayan etirazlarda qadınlar hicablarını yandırmağa başlayıblar.

Editor.az BBC-yə istinadən məlumat verir ki, Sari şəhərində qadınlar hicablarını küçədə atəşə ataraq rəqs ediblər. Ətrafa toplaşan etirazçılar hicablarını yandıran qadınları alqışlayıb. Tehranda aksiya zamanı etirazçılardan biri tıxacda olan avtomobillərdən birinin üstünə çıxaraq çadrasını yandırıb. Ətrafdakılar çadrasını maşında yandıran qadını alqışlayıblar.

Eminin ölümündən sonra İranın müxtəlif şəhərlərində hicab qanunu və əxlaq polisinə qarşı başlayan etirazlarda indiyədək ən azı 6 nəfərin öldüyü güman edilir. Məlumata görə, Urmiya və Piranşəhrdə iki kişi etirazçı təhlükəsizlik qüvvələri tərəfindən güllələnib. Şirazda polis köməkçisinin güllələndiyi bildirilib. Etirazların şiddətləndiyi Kürdüstan əyalətinin valisi Esmail Zarey Kuşa eyni gün verdiyi açıqlamada “qanunsuz” adlandırdığı etirazlar zamanı 3 nəfərin “şübhəli” şəkildə öldüyünü iddia edib.

//Gülnarə Abasova, Editor.az