İrəliləməyə çalışdılar, sərt cavab aldılarbackend

İrəliləməyə çalışdılar, sərt cavab aldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 13-də Rusiya ordusunun bölmələri cəbhənin Xerson istiqamətində irəliləməyə çalışıblar.

Editor.az xəbər verir ki, bu barədə Xerson VHA rəhbərinin müşaviri Sergey Xlan bildirib. “Bu gün Davıdov Brod yaxınlığında işğalçılar tanklarla əks-hücum hərəkətləri həyata keçirməyə çalışdılar, lakin onlar çox sərt cavab aldılar: tanklar məhv edildi, əsgərlər isə bir qədər də geri çəkilməli oldular. Yəni bütün cəhdləri uğursuz oldu” – Xlan deyib.

VHA rəhbərinin müavini onu da əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində Dnepr çayının sağ sahilində rusların 5 səhra anbarını məhv edib. Ukrayna artilleriyası isə Tokarevka kəndində çoxlu sayda işğalçını dəqiq zərbə ilə zərərsizləşdirib. Bundan əlavə, OVA rəhbərinin müşaviri bildirib ki, Xerson əməkdaşı Kirill Stremousov onların “yaxşıdır” və “nəzarət altında” olması barədə yalan danışır. Xlanın sözlərinə görə, artıq ona heç kim inanmır, hətta ailələrini təxliyə edərək qaçmağa hazırlaşan yaxın ətrafı belə: “İşğalçılar artıq ailələrini Nova Kaxovkadan və Xerson şəhərindən çıxarıblar. Əslində başa düşürlər ki, burada qala bilməyəcəklər”.

  //Samir,Editor.az