İsrail Hələb hava limanına hücum edib: ” 1 ölü, 7 yaralı “backend

İsrail Hələb hava limanına hücum edib:1 ölü, 7 yaralı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Hələb hava limanı və ətrafına təşkil etdiyi hava hücumunda 1 əsgər həyatını itirib, 7 nəfər yaralanıb.

Editor.az bildirir ki, bu barədə Suriya Rəsmi Xəbər Agentliyindən verilən açıqlamada qeyd edilib.

Hücum nəticəsində böyük ziyan görən hava limanı istifadəyə yararsız hala gəlib. Açıqlamada hava hücumundan müdafiə sistemlərinin işə salındığı və Hələb ətrafında bir neçə raketin vurulduğu bildirilib.

Onu da qeyd edək ki, Suriyada 2011-ci ildən davam edən vətəndaş müharibəsində İsrail Suriya ərazisində İranın dəstəklədiyi qüvvələrə və Livan Hizbullahına, Suriya ordusuna aid mövqelərə yüzlərlə hava hücumu həyata keçirib.

//Safura Bənnayeva, Editor.az