İstanbul boğazı bağlandıbackend

İstanbul boğazı bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Sahil Mühafizəsinin məlumatına görə, İstanbuldan Ukraynaya gedən “Briza” yük gəmisinin sıradan çıxması ilə əlaqədar Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb.

Editor.az xəbər verir ki, bu barədə “Anadolo ajans” məlumat yayıb. Məlumatda deyilir: “Qəza səbəbindən Qəndillidə lövbər salmış 107 metrlik “Briza” quru yük gəmisinin qəzaya uğradığı yerə dərhal bizim “Spas-5”, “Spas-6” yedək gəmilərimiz və “KEGM-5” qayıqlarımız göndərilib. Boğazda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb”. Qeyd edək ki, sonuncu dəfə Bosfor boğazı sentyabrın 1-də Ukraynadan İstanbula gedərkən quru yük gəmisinin sahilə çıxması səbəbindən bağlanmışdı.

  //Samir,Editor.az