Josep Borrell: Aİ Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasına təəssüflənirbackend

Josep Borrell: Aİ Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasına təəssüflənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib ki, Aİ Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasına təəssüflənir. Onun sözlərinə görə, Gürcüstan hökumətinin bu qərarı Avropa İttifaqının siyasətinə və Rusiya Federasiyasını təcrid etmək üçün beynəlxalq səylərə ziddir.

“Biz hökumətin Rusiya ilə uçuşların bərpasına və sanksiyalar altında olan şəxslərin Gürcüstan ərazisinə buraxılmasına icazə vermək qərarına görə çox təəssüflənirik.

Bu qərarlar Aİ siyasətinə və Rusiyanı Ukraynadakı qanunsuz müharibə və vəhşiliklərinə görə beynəlxalq miqyasda təcrid etmək üçün beynəlxalq səylərə ziddir”, – deyə Borrell “Civil.ge” saytına müsahibəsində bildirib. Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Aİ tərəfdaş ölkələrin, xüsusən də Avropa İttifaqına daxil olmaq istəyən ölkələrin xarici siyasətdə öz fəaliyyətlərini Aİ ilə əlaqələndirəcəklərini gözləyir.

Xatırladaq ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına və turların satışına qoyulan qadağaları və Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.

//Samir Qurbanov, Editor.az