Lerikdə avtomobil dərəyə aşıb, ölən və yaralananlar varbackend

Lerikdə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerikdə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

“Report”un məlumatına görə, hadisə Lənkəran-Lerik yolunun 51-ci kilometrində baş verib.

Belə ki, Lerik rayonu, Cəngəmiran kənd sakini Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi pikap tipli minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə avtomobildə olan sərnişin İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü – Xalid Eyvazov və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.

Ölən şəxsin Lerikdə usta kimi çalışdığı bildirilir.

Hadisəyə yolun sürüşkənliyinin səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.