Makron: “Ukraynalılara özlərini müdafiə edə bilmələri üçüb kəşfiyyat məlumatları ötürürük”backend

Makron: “Ukraynalılara özlərini müdafiə edə bilmələri üçüb kəşfiyyat məlumatları ötürürük”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa ukraynalılara özlərini müdafiə edə bilmələri üçün kəşfiyyat məlumatı verir.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.

Makron qonaq olduğu “France 2” kanalında müharibəyə qatılmadan Ukraynanı dəstəklədiklərini və dünya müharibəsi istəmədiklərini vurğulayıb. Fransanın böhrandan bəri Ukraynaya 18 “Sezar haubitsa” göndərdiyini və yaxın həftələrdə Ukraynaya radar və zenit raketləri göndərəcəklərini bildirib. Fransanın Rumıniyada əsgər və hərbi texnika yerləşdirdiyini və Şərqi Avropa ölkələrində hərbi varlığını xatırladan Makron “ukraynalıların özlərini müdafiə edə bilmələri üçün kəşfiyyat məlumatı veririk, lakin bu barədə çox danışmamaq daha yaxşı olar”, -deyib.

Eyni zamanda, Makron Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların öz təsirini göstərdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az