Mariupol uğrunda gərgin döyüşlər gözlənilirbackend

Mariupol uğrunda gərgin döyüşlər gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya işğalçıları Donetsk vilayətinin Mariupol şəhəri uğrunda döyüşə hazırlaşır. Şəhərin yaxınlığında onların hərbi qüvvələrinin cəmləşməsi müşahidə olunur.

Editor.az xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko telemarafonun efirində bildirib. “Onlar (ruslar) hücuma hazırlaşırlar. Son günlər cəbhədəki tendensiyalar onları narahat edir.

Belə ki, hazırda Ukraynanın bütün ərazisinin – Xarkov, Donetsk, Xerson vilayətlərinin işğaldan azad edilməsi istiqamətində aydın bir tendensiya var və düşmən bunu yaxşı anlayır”, – Kirilenko bildirib. Onun sözlərinə görə, indi ruslar “hər hansı bir qələbə” qazanmaq və bundan təbliğat məqsədilə istifadə etmək üçün Baxmut və Avdeevka istiqamətlərində güclənməyə çalışırlar.

  //Samir Qurbanov, Editor.az