Məktəb bazarlığına gələn ailə FACİƏ yaşadı – Ata-bala öldü, AĞIR yaralılar VARbackend

Məktəb bazarlığına gələn ailə FACİƏ yaşadı – Ata-bala öldü, AĞIR yaralılar VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə “Beton yol” deyilən ərazidə qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 37 yaşlı Samit Əliyev və azyaşlı övladı hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Məlumata görə, ailə məktəbli forması almaq üçün Bakıya gəlirmiş.