Məşhur aktyorun anası dağıntılar altında qalaraq öldü – FOTObackend

Məşhur aktyorun anası dağıntılar altında qalaraq öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aktyor Çağrı Çıtanakın anası Kahramanmaraşda baş verən və 10 vilayətdə dağıntılara səbəb olan zəlzələdə dağıntılar altında qalıb. Günlərdir anasının tapılması üçün kömək istəyən aktyorun aldığı acı xəbər onu sarsıdıb.

Fevralın 6-da episentri Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Adana, Adıyaman, Diyarbəkir, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfada dağıntılara səbəb olub.

Başak Gümulcinelioğlu ilə evli olan aktyor Çağrı Çıtanakın anası da zəlzələdə yaralanıb. Günlərdir sosial media hesablarından anaları üçün kömək istəyən cütlük pis xəbəri açıqlayıb.

İlk gündən axtarış-xilasetmə prosesləri ilə bağlı tez-tez paylaşımlar edən gözəl aktrisa bu gün acı xəbəri verib. İnstaqram hesabında paylaşım edən Gümülcinelioğlu “Anamızı itirdik… Başımız sağ olsun” deyib.

Azxeber