“Meyvəli” bazarında qadın ölübbackend

“Meyvəli” bazarında qadın ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bazarda ölüm hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, 1959-cu il təvəllüdlü, Qazax rayonunda doğulmuş Firuzə Allahverdi qızı Qaraxanovanın işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” bazarında ölməsi barədə məlumat daxil olub.

Hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər icra edilib.

Hazırda araşdırma davam etdirilir.