Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatına yollanıbbackend

Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatına yollanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatı üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

“Report”un məlumatına görə, 16 oyunçudan ibarət heyət səhər saatlarında sözügedən ölkəyə gedib.

Qeyd edək ki, milli dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.

Azərbaycan yığması son Avropa çempionatının qalibidir.