Moskva Qarabağla bağlı Bakıyla razılaşsa da… – Rusiyanın təklifləri masadabackend

Moskva Qarabağla bağlı Bakıyla razılaşsa da… – Rusiyanın təklifləri masada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın diqqət mərkəzində Ukrayna olsa da, hər bir halda Cənubi Qafqaz onun üçün ikinci dərəcəli məsələdir deyə bildirsək qəti düzgün olmaz”.

Bunu  açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bidirib ki, Ermənistan məcbur olub öhdəliklərini icra edəcək:

“Müxtəlif spekulyasilar dolaşsa da, Rusiya xarici siyasət konsepsiyasında köklü dəyişkənliyin şahidi deyilik. Belə ki, digər regionlarda olduğu kimi Rusiya həm də Cənubi Qafqazda daha dominant söz sahibi olmaq baxımından aktiv siyasət mexanizminə malikdir. Bu baxımdan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin telefon diplomatiyası da çox fəal şəkildə davam edir. Putin əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində Aşqabadda görüşərək fikir mübadiləsi apardı, sonra isə  Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışdı.

Hadisələrin ardıcıllığı Rusiyanın xarici işlər naziri Serqey Lavrovun gündəliyində də analojidir. Belə ki, digər tərəfdən də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi üzərində işin getdiyi bir vaxtda Lavrovun əvvəlcə Türkiyəyə səfər etməsi, sonra isə İrəvan və Bakı ilə davam etməsi və paralel olaraq onu da nəzərə alsaq ki, Türkiyə və Azərbaycan tərəfi ən ali səviyyədə dəfələrlə bəyan edib ki, atacağı addımlar eyni olacaq, deməli, Lavrov Türkiyədən sonra İrəvana səfər edərkən ortaq mövqeyimizin nədən ibarət olduğunu Ermənistan tərəfinin diqqətinə çatdırdı.

Düşünürəm ki, hazırda yaranan iqtisadi çətinlik fonunda Moskvanın əsas hədəfi nəqliyyat və kommunikasiyaların açılmasıdır ki, Rusiya başqa tərəfdən iqtisadi dividentlər əldə etsin. Bu baxımdan, şübhəsiz ki, Kremlin əsas məqsədi birinci öz maraqlarını təmin etməkdir. 23 iyun 2022-ci il tarixində Prezident İlham Əliyevlə görüşündə Lavrov bildirdi ki, avtomobillərin maksimum komfort şəkildə hərəkətinə heç bir süni maneə yaradılmaması baxımından işin təşkili məsələsində ümumi fikir formalaşır.

Bu açıqlama olduqca müsbətdir, çünki kommunikasiyaların açılması etimad quruculuğuna birinci müsbət təkan verəcək məsələdir. Praktika da sübut edir ki, ortaq iqtisadi layihələrə cəlb olunan tərəflər mümkün gərginlikdən, eskalasiyadan çəkinirlər. Ortaq kommunikasiyalardan istifadə etməklə təmaslar qurulacaq ki, bu da sülh müqaviləsinə pilləli, təmkinlə gətirib çıxaracaq.

Azərbaycan dövlət başçısı üçün də Azərbaycan xalqının milli maraqları hər zaman hər şeyin fövqündə dayanır. Bu baxımdan da dövlət başçımız nəzərə çatdırdı ki, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımların atılacağını gözləyirik.

Azərbaycan dövlət başçısı üçün də Azərbaycan xalqının milli maraqları hər zaman hər şeyin fövqündə dayanır. Bu baxımdan da dövlət başçımız nəzərə çatdırdı ki, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımların atılacağını gözləyirik.

Lavrov görüşdə həm də Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xətti üzrə işə məsləhət xidmətləri göstərmək barədə konkret təkliflərin olduğunu söylədi. Deməli, Qərb hər nə qədər fəallıq etsə də, Rusiya göstərir ki, onun konkret təklifləri artıq masa üzərindədir. Yəni regionda dominantlığını saxlamaqda qətiyyətli olduğunu göstərir.

Lavrovun özü də öncəki illərdə rəsmi bəyanatlarında heç zaman Türkiyə əleyhinə ifadələr işlətməsə də, əvvəlki illərdə reallaşdırılan səfərlər zamanı çəkilən şəkillər də daxil olmaqla hər bir səfərin detallarını incələdiyimiz zaman İrəvandan verilən bəzi sətiraltı mesajlarda Türkiyəyə meydan oxumaq kimi meyillər də aydın sezilirdi. İndi isə ermənilərin Lavrovu əvvəlki kimi isti qarşılamamalarını da əlavə etsək Rusiyanın Türkiyə ilə münasibətlərini uzlaşdırmağa birinci onun maraqlı olduğu reallığı fonunda mövqeyində kəskin dəyişkənliyin şahidiyik.

Əlavə olaraq, Ermənistana təzyiq Rusiyanın dominant gücü daxilində olan məsələ olsa da, sadəcə Rusiyanın gücü daxilində olan məsələ deyil. Çünki Lavrovun “yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır” söyləməsi həm də Paşinyanın bu fikrinin bilavasitə deyil, dolayı yolla Rusiyaya məlum olmasından xəbər verir.

Azərbaycanla Rusiya arasında isə Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə mövcuddur. Lavrov da nə “Dağlıq Qarabağ konflikti”, nə də “Dağlıq Qarabağ” ifadələrini işlətdi, əvəzində isə “Qarabağ”, “post-konflikt nizamlanması” sözləri ilə kifayətləndi. Eyni zamanda bildirdi ki, “ATƏT-in Minsk Qrupu artıq mövcud deyil”, “müharibədən sonra vəziyyət dəyişib, Minsk Qrupu həmsədrlərinin hazırladığı sənədlər geridə qalıb” bu fikirlərin hamısı Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür.

ATƏT-in Minsk Qrupu ilə bağlı və qlobal gündəlikdə mövqelərin kəskin toqquşması Cənubi Qafqazda da dominantlıq uğrunda mübarizə ilə parallel gedirsə, düşünürəm ki, bütün bu reallıqlar və iki qütbün bir-biri ilə vasitəçilik uğrunda yarışı fonunda Ermənistan məcbur olub öhdəliklərini icra edəcək. Dünyanın siyasi proseslərinə yaxından bələd olmaqla uzaqgörən siyasət yürüdən Prezident İlham Əliyevin taktiki gedişləri nəticəsində Azərbaycan öz hədəflərinə nail olacaq”.

Milli.az