Münhen, Valday, Bişkək: Böyük Zəfəri şərtləndirən qələbə mərhələləribackend

Münhen, Valday, Bişkək: Böyük Zəfəri şərtləndirən qələbə mərhələləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş  panel müzakirələrdən bir il ötür. Ermənistanın baş naziri Nikol Paşinyanla tarixi debat 2-ci Qarabağ Müharibəsindəki möhtəşəm zəfərin rəhnini qoydu, torpaqlarımızın işğaldan azad edilməsi prosesinin start mərhələsinə çevrildi.

Azərbaycan Prezidentinin Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı, habelə Bişkekdə MDB dövlət başçılarının sammitində bəyanatları həmin məcradan olan olaylardı.

Sözü ilə əməlinin üzvi və sarsılmaz vəhdət təşkil etdiyi dövlət başçımızın çıxışlarının məzmun və forma baxımından Azərbaycanın milli maraqlarının, dövlət mənafelərinin tam təminatına yönəldiyini 44 günlük müharibədə tarixi qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması əyani sübut etdi.

Ermənistan baş nazirinin təxribatçı və sərsəm bəyanatları Prezident İlham Əliyevin sərt və qəti bəyanatı ilə darmadağın edildi. İşğalçı siyasətin aqibəti də beləcə xalqımızn iradəsi və ordumuzun qüdrəti ilə yekunlaşdı.

… Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının iclası… MDB-nin yaradılmasının 25 illiyinə təsadüf edən iclasda Prezident İlham Əliyev də iştirak edir.

Dövlət başçımız işğalçı Ermənistanın aqressiv siyasətindən, Dağlıq Qarabağ münaqişəsini ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar çərçivəsində nizamlanmaq istəməməsindən, mövqelərini daha da sərtləşdirməsindən bəhs edir.

O vurğulayır ki, Qarabağ və ümumiyyətlə, erməni işğalında qalan ərazilərimiz mütləq şəkildə azad olunacaq: ya sülh danışıqları yolu ilə, ya da hərbi yolla.

Rəsmi Bakının problemin dinc yolla çözülməsinə tərəfdar olduğunu bəyan edən Prezident işğalçı ölkə Ermənistanı adekvat və məntiqli davranmağa, hərbi əməliyyatların yenidən başlanmasının səbəbkarı olmamağa çağırır.

… Azərbaycan siyasətinin və diplomatiyasının triumfu, əslində, daha öncə, 2019-cu ilin oktyabrın 3-də Rusiyanın Soçi şəhərində təməli qoyulan proses də sayıla bilər.

Belə ki, Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclası Azərbaycan Prezidentinin qətiyyətli çıxışı ilə yadda qaldı. Ermənistanın baş naziri Nikol Paşinyanın dəfələrlə səsləndirdiyi məsuliyyətsiz bəyanatlara dövlət başçımız konkret və məzmunlu cavab verdi.

Siyasət səbri sevir, uyğun zamanda, uyğun məkanda rəqibə layiq olduğu yeri göstərmək üçün ən doğru məqamı seçməyi sevir. Bu qabiliyyət də hər siyasətçiyə nəsib olmur. Yalnız bu səriştəyə sahib olan siyasətçi lider ola bilir. Ölkəmizin başçısı İlham Əliyev məhz o liderlərdəndir. Cənab Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, eyni zamanda terroru, faşist ideologiyasını dövlət siyasətinə çevirən Ermənistanın uğursuz siyasətini ifşa etmək üçün beynəlxalq tribunalardan məharətli şəkildə yararlanır. Bu geniş auditoriyalar “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyası, Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının iclası idisə, digəri də onun Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına verdiyi müsahibəsi oldu.

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Həmçinin, ölkəmizin başçısı Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın tərkib hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq dedi: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Bununla da İlham Əliyev Paşinyanın sərsəm bəyanatlarını tarixi faktlarla ifşa etdi.

İlham Əliyev Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə bir daha toxunub.

“Ermənistan populist, təhlükəli siyasətdən əl çəkməlidir. Ermənistan tərəfi daha da mənfi mövqe nümayiş etdirərək “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə çıxış etdi. Cənab Prezidentin də vurğuladığı kimi bu da yalandır. Çünki Dağlıq Qarabağı müstəqil dövlət kimi heç kim tanımayıb, hətta Ermənistanın özü belə. Deməli, Ermənistan tərəfi, ümumiyyətlə, bilmir ki, Dağlıq Qarabağ nədir? Belə olan halda biz onlara izah edə bilərik. Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”, – dövlət başçımız Soçidə dedi.

Nikol Paşinyan istər Ermənistanda, istərsə də beynəlxalq arenada savadsız, populist, avantürist siyasətçi kimi ad çıxardığı halda, ölkəmizin başçısı Azərbaycanın heç bir təzyiq altında qalmadan yürütdüyü xarici siyasəti açıq şəkildə geniş kütlə qarşısında dünyaya çatdırmağa qadir lider olduğunu hamı gördü, anladı və dərk etdi.

… 2020-ci il, fevralın 15-i. Almaniyanın Münhen şəhərində təşkil olunmuş Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilir. Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edirlər.

Müzakirə zamanı Azərbaycan Prezidenti İlham Əliyev N.Paşinyanı gerçək tarixə  söykənən faktlarla susdurur. Dərin tarixi biliklər, fikirlərini səlis ingilis dilində ifadə etmək bacarığı, bədən dili ilə qarşısındakını darmadağın etmək istedadı Prezident İlham Əliyevin ən böyük xüsusiyyətidir.

Münhendə keçirilən canlı debatda bütün bu xüsusiyyətlər Paşinyanı diplomatik müstəvidə nokaut etdi.

Paşinyanın savadsız ifadə etdiyi və əsaslı mənbəyi olmayan fikirlərinə, İlham Əliyevin tarixi faktlarla və tarixin necə baş verdiyini açıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılması, erməni baş nazirini çətin duruma salmışdı.

Ermənistanın baş naziri Münhen Təhlükəsizlik Konfransının panel müzakirəsi zamanı erməni xalqının müqəddəratı məsələsini ortaya atanda Prezident İlham Əliyev dedi ki, erməni xalqı artıq Ermənistanda öz müqəddəratını müəyyənləşdirib və ikinci dəfə özlərinə dövlət yaratmaq istəyirlərsə, qoy, bunu Azərbaycandan kənarda, başqa yerdə eləsinlər. Bu, cavab Paşinyanın darmadağın edilməsi demək idi.

Tarixdən başı çıxmayan, populist çıxışları ilə özünə gündəm qazanan Paşinyan panelin sonuna yaxın özünü daha bir gülünc vəziyyətə saldı. Onun dediklərinə görə, vaxtilə Qafqazda böyük Tiqranın zamanında cəmi iki xalq yaşayıb – ermənilər və gürcülər. Azərbaycan rəhbəri onun bu sözlərinə gülərək zaldakılara müraciət edib: “Bəlkə ermənilərlə ermənilər?”

İrəvanın ermənilərə güzəştə getməyimizi, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və 1921-ci ildə Bolşevik Partiyasının Qafqaz Bürosunun Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barəsində qərar qəbul edilməsini İlham Əliyevin ifadə etməsi ermənilərin yalanlarını bir daha üzə çıxartdı. Hətta “Stepanakert” adının yeni bir ad olduğunu və oranın əsil tarixi adının Xankəndi olmasını ölkə başçımızın dilə gətirməsi, bir daha tarixə söykənən faktlarla Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olmasının təsdiqi idi. Debat zamanı ən maraqlı hissə də ondan ibarət oldu ki, Paşinyanın özü-özündən asılı olmayaraq Dağlıq Qarabağın Azərbaycanın torpağı olmasını etiraf etməsi və sonradan düzəliş etməyə çalışması idi. Xocalı soyqırımı törədənlərin adbaad məlum olduğunu, ermənilərin yalanları ilə Rusiyanın “Arqumenti faktı” qəzetində Ayaz Mütəllibovun adından istifadə edərək özlərinə haqq qazandırmaq cəhdlərinin ifşası, ölkə başçımızın hərtərəfli bilikli olduğunun göstəricisi idi.

Münhendəki debat İlham Əliyevi öz xalqını sevən, ölkənin gələcəyini düşünən, ermənilərin torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaq və azad etmək gücünə malik bir lider olduğunu göstərdi və ölkənin gələcəyini sevən hər bir Azərbaycan vətəndaşında qürur hissləri yaşatdı.

Debat Ermənistanın işğalçı dövlət kimi növbəti ifşası və Azərbaycanın böyük diplomatik qələbəsi idi. Bu debatdan sonra İlham Əliyevi Qarabağla bağlı ittiham edən rəqibləri belə onun diplomatik bacarığını, siyasi gücünü və milli maraqları müdafiə edərkən, qətiyyətli və güzəştsiz mövqeyini etiraf etməli oldular.

Təkcə bizimkilərin deyil, Ermənistan, Türkiyə, Rusiya və regionda marağı olan digər ölkələrin siyasətçiləri və siyasi ekspertləri də Əliyevin Paşinyandan təhsil, ingilis dilində fikirlərini ifadə etmək qabiliyyəti və öz mövqeyini müdafiə etmək bacarığı baxımından çox yüksəkdə dayandığını qeyd etdilər. Hamı bir daha əmin oldu ki, Ermənistan işğalçı dövlətdir və müxtəlif bəhanələrlə mövcud status-kvonu qoruyub saxlamaq istəyir.

Dünya Ermənistanın yalançı, beynəlxalq hüquqa hörmət etməyən, işğalçı, amma rəzil durumda olmasını bir daha gördü. Hamı əmin oldu ki, kənar dəstək olmasa, rəhbəri Azərbaycan Prezidenti qarşısında pişiyə dönmüş bu ölkə 30 il ərzində bizim torpaqları işğal altında saxlaya bilməz.

Münhendə dövlət başçımız İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın bütün dünyanada diqqətlə izlənilmiş və davamlı rezonans doğurmuş debatında dövlətimizin başçısının siyasi revanşı, həqiqətən, diplomatiyamızın növbəti ciddi uğuru oldu. Ermənistanın Azərbaycana hərbi təzavüzündən sonra ilk dəfə idi ki, beynəlxalq səviyyədə belə bir formatda açıq diskussiya keçirilirdi. Əslində, bu debat diskussiyadan çox, ölkəmizin  rəhbərinin timsalında intellektin populizm üzərində birinciliyinin, sağlam düşüncənin isə demaqoqluq üzərində üstünlüyünün nə olduğunu bütün dünyaya göstərdi.

… İkinci Qarabağ Müharibəsi 44 gün davam etdi və o gündərin hər biri bir əsrə bərabər yaşam, həyəcan və məzmuna malikdi.

Müzəffər Ali Baş Komandanın bilavasitə və birbaşa rəhbərliyi ilə Azərbaycan əsgəri düşmənin başını əzdi, Ermənistan ordusunu darmadağın etdi.

Dəmir yumruq işğalçıları əzdi.

Əzilən, sadəcə, düşmənin ordusu olmadı.

Dünya erməniliyinin əsrlərdən bəri şüurunda daşıdığı, gerçəkləşdirməyə çalışdığı “Böyük Ermənistan” idefiksi də beləcə, məhv edildi.


milli.az