NATO ilə gərginlik PİK HƏDDƏ – Şoyqu və Lavrovun ardınca Putin də …backend

NATO ilə gərginlik PİK HƏDDƏ – Şoyqu və Lavrovun ardınca Putin də …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və NATO arasında gərgin münasibətlərin yeni fazası başlayır. İş artıq o həddə çatıb ki, xəbərdarlıq üçün son zamanlar Rusiyanın əsas ismarıc ötürücüsü olan xarici işlər nazirinin müavini Sergey Ryabkovun etdiyi açıqlamalar kölgədə qalıb.

Bir müddət öncə NATO-nun hərbi eskalasiyanın qarşısını almaq üçün onun planlarına cavab olaraq Avropada orta mənzilli nüvə raketləri yerləşdirməyə məcbur olacağını elan edən rəsmi Moskvanın bu bəyanatı onsuzda Şərq-Qərb gərginliyinin Soyuq Müharibənin bitməsindən bəri ən pis həddə çatdığı bir dövrdə qitədə yeni silahlanma riskinin daha da artırmış olduğundan xəbər verirdi.

Sergey Şoyqunun bu gün səsləndirdiyi fikirlər Co Bayden ilə Putin arasındakı son görüşün əhəmiyyətinin olmadığını göstərir. Baxmayaraq ki, Rusiya və ABŞ liderlərinin onlayn görüş zamanı danışıqların əsas mövzusu olan ikitərəfli münasibətlər, Ukrayna məsələsində qismən müsbət əhval ruhiyyədə ayrılmışdılar, hətta Vaşinqton rəhbəri Rusiyaya qarşı Ukraynaya hər hansı bir hərbi yardımın olmayacağını qeyd etdi, bu da iki “super gücün” ortaq məxrəcinə kömək etməyib. Görünür, deyilən sözlər elə masada qalıb. Şoyqunun son açıqlamasına əsasən demək olar ki, Bayden-Putin görüşündən öncə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun dedikləri təsdiqini tapdı: “Putin-Bayden danışıqlarından heç bir irəliləyiş gözləmək lazım deyil”.

Rusiyanın müdafiə naziri bildirib ki, “Donetsk vilayətində yerləşən ABŞ-a məxsus özəl hərbi şirkətlər Ukraynanın şərqində kimyəvi maddələr vasitəsilə təxribat hazırlayır. Təxribat törətmək üçün Avdeyevka və Krasnı Liman şəhərlərinə kimyəvi tərkibləri naməlum olan tanklar gətirilib”. Bu deyilənlər gözləntilərin əksi olaraq iki güc mərkəzi arasında gərginliyin artan xətt üzrə inkişaf etdiyinin təsdiqidir.

Putin də bu gün səssiz qalmayıb. Sükutu pozan Rusiya dövlət başçısı ABŞ və NATO-ya xəbərdarlıqlar edib. O, bildirib ki, dostca atılmayan addımlara hərbi yollarla cavab veriləcək. Bunun ardınca Rusiyanın XİN rəhbəri Sergey Lavrovun da “Gürcüstanın zorla NATO-ya üzv etmək cəhdləri Rusiya üçün “qırmızı xətt”dir. Bu qırmızı xəttin pozulmaması üçün xəbərdarlıq edirik” açıqlaması vəziyyətin Rusiya-NATO, Rusiya-ABŞ arasında əvvəlkilərdən də artıq gərginləşdiyini, hər an bu soyuq savaşın müharibəyə dönmək ehtimallarının böyük olduğundan xəbər verir. Rusiya bununla həm də artıq ABŞ-ın NATO vasitəsi ilə son zamanlar Cənubi Qafqaza da daxil olmaq üçün atdığı addımlardan açıq narahatlığını ifadə edib.

Eyni gündə Şoyqunun, ardınca Ruisya lideri Putinin və Lavrovun xəbərdarlıqlarından belə nəticəyə gəlinir ki, Avropa bu dəfə, Rusiyanın qərb sərhədində illərdir Avropanın etiraz etdiyi raket komplekslərini yerləşdirəcəyini şahidlik edə bilər. Belə ki, Ryabkovun da bildirdiyi kimi, NATO Rusiya üçün artıq tam etibarsızdır. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun günlər öncə dediyi “onlar öz xeyrinə istədikləri kimi hərəkət edə biləcəklərinə və bizim sadəcə olaraq bütün bunları həzm edib qəbullanacağımıza inanırlar, lakin bu, belə davam etməyəcək” sözləri bir daha təsdiq edir ki, Rusiya bu məsələdə güzəşt etmək fikrində deyil, gerisi dünya müharibəsi olsa belə.

Hər kəsə bəllidir ki, Ukrayna Rusiya üçün imperialist maraqlarının tətbiqi baxımından çox önəmlidir. Çünki Avropaya açılan qapısıdır. Ona görə onu rahatlıqla əlindən buraxmaq istəməyəcək. Putin özü də artıq bunu bir qürur məsələsinə çevirib. Rəsmi Moskva onu da yaxşı anlayır ki, Ukrayna və Gürcüstan NATO-ya üzv olacaqları təqdirdə birbaşa Amerikanın çətiri altında olacaqdır. Putin bir neçə gün öncə bununla bağlı qırmızı cizgisini də qeyd etdi. Qərb isə Rusiyaya NATO-nu genişləndirməyəcəyinə dair sözlər versə də, görünən odur ki, “sağ göstərib sol vurmaq” mövqeyində dayanıb.

Təbii ki, Qərb bu gərgin vəziyyətdən istifadə edərək Rusiyanı nisbətən zəiflətməyə, mövqelərinin zəiflməyinə çalışır. Ancaq Kremlin təkcə elə Qafqaz siyasətini nəzərə alsaq, görərik ki, Rusiya NATO-nun regiona daxil olmasına mane yaratmaq məqsədilə bütün imkanlarından istifadə edəcək. Bildiyimiz kimi siyasətçilərin sərəncamında 3 vasitə var: inandırmaq, kompromis və zorla təhdid. NATO-nun Rusiyanın sərhədlərinə qədər gəlib çıxmasını və Rusiyanın əsas adamlarının son xəbərdarlıqlarını nəzərə alsaq, belə görünür ki, artıq Alyans da Moskva da müharibə ehtimallarını son sərəncamı – zorla təhdid variantını seçməli olacaqlar.