Nazir Rövşən Əkbərovun bacısı oğlunu rəis təyin etdibackend

Nazir Rövşən Əkbərovun bacısı oğlunu rəis təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Editor.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Samir Həsənov Səbail RPİ-nin 8-ci Polis bölməsinin rəisi vəzifəsinə təyin olunub.

O ötən günlərdə Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü.

Qeyd edək ki, Samir Həsənov Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun bacısı oğludur.

Loading...