“Önümüzdəki bir ay ərzində…”- Həkim-pulmonoloqdan COVID-19 pasportu ilə bağlı AÇIQLAMAbackend

“Önümüzdəki bir ay ərzində…”- Həkim-pulmonoloqdan COVID-19 pasportu ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti yanında Operativ Qərargahın 2021-ci il 1 oktyabr tarixindən etibarən qüvvəyə minən qərarına əsasən, ticarət mərkəzlərinə və digər qapalı məkanlara hər 2 dozanın qəbulunu əks etdirən vaksin sertifikatı, immunitet sertifikatı və ya əks-göstəriş sertifikatı ilə daxil olmaq mümkün olub. Artıq bəzi ölkələr maska tələbi ilə yanaşı, COVID pasportunu də aradan qaldırır.

Mövzu ilə bağlı Editor.az-ın suallarını cavablandıran həkim-pulmonoloq Əsəd Beydullayev bildirib ki, ölkəmizdə koronavirusa yoluxanların sayı azaldıqdan sonra mərhələli şəkildə yumşaldılmalara gedilir:

” Maska qadağasının ləğvindən bir müddət sonra yenidən virusa yoluxmada rəqəmlər çoxalarsa, yalnız maska tələbini geri qaytarmaqla eyni qadağanı yenidən tətbiq etmiş olacağıq. Ancaq koronavirusla bağlı bütün qadağalar birdəfəlik aradan qalxarsa və say yenidən çoxalarsa tələblərin də yenidən bərpası çətinliklər yarada bilər. Hesab edirəm ki, maskanın ləğvindən sonra yoluxma tendensiyası izləniləcək, yoluxanların sayında ciddi dəyişmə olmarsa, önümüzdəki bir ay ərzində “COVİD-19″ pasportu da aradan qalxacaq. Bu günə qədər dövlətimiz tərəfindən koronavirusla bağlı görülmüş tədbirlərin, verilmiş qərarların düzgünlüyü və faydası göz önündədir. Ona görə də hər kəs qaydalara riayət etməli, qadağaların aradan qalxmasına baxmayaraq diqqətli olmalıdır”.

//Gülnarə Abasova, Editor.az