OPTİMAR Araşdırma Mərkəzinin rəhbəri: Ərdoğanın öndə olmadığı heç bir sorğu yoxdurbackend

OPTİMAR Araşdırma Mərkəzinin rəhbəri: Ərdoğanın öndə olmadığı heç bir sorğu yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə seçkilərə 2 həftə qalmış Prezident və Parlament seçkiləri ilə bağlı ayrı-ayrı araşdırma şirkətlərinin seçki anketləri yayılmaqda davam edir.

Editor.az Türkiyə mediasına istinadən xəbər verir ki, OPTİMAR Araşdırma Mərkəzinin rəhbəri Hilmi Daşdəmir “Türkiyənin Nəbzi” adı altında keçirdikləri həftəlik seçki sorğularının nəticələrini paylaşıb və dəyərləndirib.

“Hörmətli Ərdoğanın öndə olmadığı heç bir sorğu yoxdur” deyən, Daşdəmir, AK Partiyanın CHP-yə qarşı 8 baldan çox fərqlə qalib gəldiyini də sözlərinə əlavə edib. Onun sözlərinə görə, Meral Akşenerin İYİ Partiyası isə rəqabətdən kənarda qalır:

“2014 və 2018-ci il illərdə seçkilərin ilk turda bitəcəyini söyləyən və dəqiq proqnozlar verən bir araşdırma təşkilatı olaraq “Ərdoğan 51-53 faiz arasında səs alacaq” proqnozumuz özünü doğrultdu. Bu mənada heç kim bizim qədər iddialı cümlə qurmamışdı və nəticə məlum olanda işimizi layiqincə, qaydalara uyğun yerinə yetirdiyimiz üçün fəxr etmişdik. Prezident sistemlərində seçkilər yaxın nəticələrlə bitir və nəticədə 2 namizəd arasında bir-birinə yaxın səs toplayır. Bu mənada seçkiyə qısa müddət qalmış daşlar sözün əsl mənasında yerinə düşə bilər.

Və biz indi bu prosesdəyik. Gün keçdikcə mənzərənin daha da aydınlaşdığı bir mərhələdəyik və seçicilərin seçimlərinin daha da aydınlaşdığını görürük. Nəzərə alsaq ki, bitərəf qalanlar əsasən AK Partiya və cənab Ərdoğanın elektoratıdır və onlar burada birləşiblər, son vaxtlar onların da öz qərarlarına aydınlıq gətirməyə meylli olduqlarını müşahidə edirik. Seçki sorğusu işi ilə bunları deyə bilərəm: İndiyə kimi apardığımız bütün sorğularda ardıcıl olaraq Prezident Ərdoğanın irəlidə olduğunu görürük”, – Hilmi Daşdəmir deyib.

  //Samir Qurbanov,Editor.az