Parlament baş naziri oğluna və gəlininə görə istefaya göndərdibackend

Parlament baş naziri oğluna və gəlininə görə istefaya göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monqolustanın Dövlət Böyük Xuralı (parlamenti) gizli səsvermədən sonra baş nazir Luvsannamsrein Oyun-Erdenenin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.

O, yeni hökumət başçısı təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək. Bu barədə MM-in mətbuat xidməti məlumat yayıb. Qanuna görə, bir ay ərzində yeni hökumət başçısı təyin olunmalıdır.

Monqolustan parlamentinin iclaslarının reqlamenti haqqında qanuna əsasən, baş nazirə etimad səsverməsi üçün səs çoxluğu, yəni 64 deputatın dəstəyi tələb olunur. Gizli səsvermə nəticəsində lazımi səs çoxluğu əldə olunmayıb, bu səbəbdən parlament hökumət başçısının istefası məsələsinə baxılması barədə qərar qəbul edib.

Son günlər Ulan-Batorun baş meydanında dinc piketlər keçirilir. Onlardan birində baş nazirdən istefa verməsi və 22 yaşlı oğlunun arvadı üçün bahalı hədiyyələrə çəkdiyi xərcləri izah etməsi tələb olunub. Qız sosial şəbəkələrdə brilyant üzük, avtomobil və bir neçə min dollarlıq brend çantanın fotolarını dərc edib.

//Samir Qurbanov, Editor.az