“Pfizer” peyvəndi vurulduqdan sonra qadın öldübackend

“Pfizer” peyvəndi vurulduqdan sonra qadın öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyada bir qadın “Pfizer” peyvəndi vurdurduqdan sonra ölüb. Ölümün peyvəndlə əlaqəli olduğu güman edilir.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, Müstəqil Covid-19 Peyvənd Təhlükəsizliyi Monitorinq Şurası  (CV-ISMB) qadının böyük ehtimalla peyvəndin nadir yan təsiri olan miyokarditdən (ürək əzələlərinin iltihabı) öldüyünü söyləyib.

Peyvənddən sonra nəticəyə təsir edə biləcək digər tibbi problemlərin də olduğu bildirilib.

Ölümün rəsmi səbəbi hələ müəyyən edilməyib. Hadisə Tibb İnstitutuna sövq edilib və ölümlə əlaqədar araşdırmalar davam edir. Qadının yaşından başqa hadisə ilə əlaqədar başqa təfərrüatlar açıqlanmayıb.

//Gülnarə Abasova, Editor.az