Polşa Almaniyadan İkinci Dünya Müharibəsində işğala görə təzminat tələb edəcəkbackend

Polşa Almaniyadan İkinci Dünya Müharibəsində işğala görə təzminat tələb edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada İkinci Dünya Müharibəsində nasistlərin işğalı və qırğınları ilə bağlı müzakirələr davam edir.

Polşa Almaniyadan İkinci Dünya Müharibəsi zamanı işğalına görə 1,3 trilyon dollar təzminat tələb edəcək.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşa baş nazirinin müavini, hakim Hüquq və Ədalət Partiyasının (PiS) lideri Yaroslav Kaçinski məlumat verib.

Almaniya ilə təzminat danışıqlarına başlayacaqlarını bildirən Kaçinski bunun uzun və asan olmayan bir yol olacağını da bildirib.

Qeyd edək ki, Varşava hazırda Avropa İttifaqında (Aİ) Almaniyadan nasistlərin törətdiyi cinayətlərə görə adekvat təzminat almadığını iddia edən yeganə ölkə kimi seçilir.

//Gülnarə Abasova, Editor.az