“Prezidentin yerli televiziya kanallarına müsahibəsi daxildəki və xaricdəki bir çox məsələlərə aydınlıq gətirdi”-Millət vəkilibackend

“Prezidentin yerli televiziya kanallarına müsahibəsi daxildəki və xaricdəki bir çox məsələlərə aydınlıq gətirdi”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Ölkə başçısı ənənəsinə sadiq qalaraq bu dəfə də bir çox aktual mövzuya toxundu. Bu mənada müsahibə kifayət qədər diqqət çəkdi.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a açıqlamasında bildirib ki, prezidentin yerli televiziya kanallarına müsahibəsi demək olar ki, bir çox daxildəki və xaricdəki proseslərə aydınlıq gətirdi:

“Mən deyərdim ki, 2022- ci il Ali Baş Komandanın təhlilindəki kimi nə qədər çətin olsa da Azərbaycan üçün istər daxili, istərsə də xarici siyasətdə uğurlarla tarixə düşdü. Bu nəticəni təkcə öz göstəricilərimiz yox, beynəlxalq təşkilatların statistik göstəriciləri tam təsdiq edir. Ötən ilin əvvəlində qarşıya qoyulmuş bütün məsələlər öz həllini tapdı. İndi bizi daha maraqlı və keşməkeşli xarici siyasət yolu gözləyir. Mən cənab prezidentin dediyi kimi xüsusi olaraq qeyd etmək istəyərdim ki, 2022-ci ildə dünya ölkələrinə müharibənin nəticəsini siyasi, diplomatik yolla qəbul etdirmək dövlətimizin ən böyük uğurlarındandır”.

M.Cəfərov onu da qeyd edib ki,  dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan da yaranan iqtisadi problemlərdən təbii ki təsirlər görür:

“Lakin ölkə başçısı sosial sahədə davamlı olaraq islahatlar həyata keçirərək bu qlobal böhranın qarşısını almağa çalışır. Mən deyərdim ki, cənab prezidentin bu müsahibəsi xalqa qarşı olan açıq hesabatlılığından irəli gəlir. Ali Baş Komandan sosial sahədə görülən işlər barədə ictimaiyyətə ətraflı informasiyalar təqdim etdi. Ölkə başçısı Azərbaycanın sosial dövlət olmasını, özünü tam doğrultmasını qeyd etdi. Bu sosial islahatların davamlılığının da təminatının olacağını vurğuladı. Mən də vurğulamaq istərdim ki, Azərbaycanın daxili və xarici siyasəti dünya liderləri tərəfindən də təqdir olunur. ABŞ prezidenti Cozef Baydenin cənab Prezidentə ünvanladığı hər iki məktubunda da cənab İlham Əliyevin daxili siyasətini dəstəklədiyini qeyd etmişdi. Bu gün güclü və qətiyyətli xarici siyasət irəli sürən Azərbaycan var. Bütün bunlar gərgin əməyin bəhrəsidir. Növbəti illərdə daha böyük uğurların təhlil olunacağına tam əminəm”.

//Gülnarə Abasova, Editor.az