Priqojin Putini tənqid atəşinə tutdubackend

Priqojin Putini tənqid atəşinə tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müharibəsində Rusiya adından Donbas cəbhəsində mübarizə aparan “Vaqner” muzdlu ordusunun rəhbəri Yevgeni Priqojin prezident Vladimir Putinin adını çəkmədən Rusiyanın yüksək rəhbərliyini sərt tənqid edib.

Editor.az-ın xarici mediaya istinadən məlumatına görə, Priqojin Rusiyanın bir ildən artıqdır ki, davam edən hərbi əməliyyatı elan edilmiş məqsədlərin heç birinə nail olmadığını deyib.

Ötən gün Rusiya mətbuatına bütün müharibə prosesini əhatə edən ətraflı açıqlama verən Priqojin ilRusiyanın uğur qazana bilmədiyi məqamları maddə-maddə sadalayıb.

“Ukraynaya qarşı xüsusi hərbi əməliyyata başlayarkən bəyan etdiyimiz məqsədləri xatırladıram. Rusiyanın təhlükəsizliyini təmin etmək, Ukraynanı ultra-millətçi nasistlərdən təmizləmək, Ukraynanı tərksilah etmək və orada yaşayan rus əsilli insanların təhlükəsizliyini təmin etmək. Bunlardan hansını həyata keçirtdik?”.

Onun sözlərinə görə, müharibə başlayanda Kiyev rəhbərliyinin döyüşmək üçün ən çoxu 500 tankı və 40 min əsgəri var idi.

“Bu gün Ukraynanın 5000 tankı və zirehli texnikası olan 400 min əsgərdən ibarət ordusu var. “Hərbisizləşdirək, tərksilah edək” deyəndə dünyanın ən güclü ordularından birini yaratdıq. O ki qaldı bizim “Ukrayna dövlət deyil” iddiamıza. Başladığımız əməliyyat sayəsində dünyada Ukraynadan xəbəri olmayan insan qalmadı. Biz onu simvolik bir millət etdik. İllər boyu bitərəf ölkə Finlandiya NATO hərbi alyansına qoşuldu. Növbəti yerdə İsveçdir”, – deyə o bildirib.

//Safura Bənnayeva, Editor.az