“Putin nüvə silahı tətbiq etməyəcək, o, bu olmadan da…” – Lukaşenkobackend

“Putin nüvə silahı tətbiq etməyəcək, o, bu olmadan da…” – Lukaşenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya nüvə hücumu etməyə hazırlaşmır”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-ın NBC telekanalına müsahibəsində deyib.

“Həm Prezident Putin, həm də Rusiya rəhbərliyi Ukraynada nüvə silahından istifadə etməyi qarşısına məqsəd qoymayıb. Belə bir ehtiyac yoxdur. Rusiyada, dəqiq bilirəm, ən müasir silah növləri var. Bizə nüvə silahı lazım deyil. Rusiya nüvə silahı olmadan da prosesi idarə edə bilir və edəcək”, – Belarus lideri söyləyib.

Lukaşenko iddia edir ki, Polşa ABŞ-ı nüvə eskalasiyasına sövq edir:

“Nüvə silahından istifadənin əsas təhrikedicisinin kim olduğunu təxmin edə bilərsinizmi? Mən sizə deyəcəm. Polşa. O sizi – ABŞ-ı nüvə silahı baxımından bəzi addımlar atmağa təhrik edir”.

//Teleqraf