Putin Rusiyanın xaricdə humanitar siyasətini müəyyən edən qətnaməni imzalayıbbackend

Putin Rusiyanın xaricdə humanitar siyasətini müəyyən edən qətnaməni imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Rusiyanın xaricdə humanitar siyasətini müəyyən edən konsepsiya haqqında qərar imzalayıb.

Editor.az rus mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin ölkənin xaricdəki humanitar siyasətinin konsepsiyasını müəyyən edən qərarında Rusiyanın humanitar əməkdaşlıqla bağlı bütün dünyaya açıq olduğu bildirilib.

Eyni zamanda, müxtəlif ölkələrlə ikitərəfli humanitar əməkdaşlığın həcmi və formaları tarixdən, adət-ənənələrdən, coğrafi amillərdən, ikitərəfli münasibətlərin səviyyəsindən, müqavilə-hüquq bazasının vəziyyətindən, maddi-maliyyə imkanlarından və iştirakçıların buna marağından asılıdır. Şanxay Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Rusiya-ASEAN Dialoq Tərəfdaşlığı, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu kimi beynəlxalq regional təşkilat və birliklər çərçivəsində çoxtərəfli humanitar əməkdaşlığın inkişafına ehtiyac olduğu vurğulanıb. . Bundan əlavə, bildirilib ki, Asiya-Sakit okean regionu, Yaxın və Orta Şərq və Latın Amerikası ölkələri ilə ikitərəfli humanitar əməkdaşlıq genişləndirilməli və rusların Baltikyanı ölkələrdəki maraqları qorunmalıdır.

//Gülnarə Abasova, Editor.az