Qazaxstanda qaz-kondensat yatağında yanğın baş veribbackend

Qazaxstanda qaz-kondensat yatağında yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qazaxıstanın Aktobe vilayətindəki “Janajol” qaz-kondensat yatağında yanğın baş verib.
Editor.az xəbər verir ki, bu barədə yerli administrasiyanın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, yanğının söndürülməsində 52 xilasedici və 9 texnika iştirak edib. Yanıq xəsarətləri alan 4 işçi təcili olaraq Temir rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətləri stabildir.
//Samir Qurbanov,Editor.az