Qərb Ukraynaya daha çox HHMS verəcəkbackend

Qərb Ukraynaya daha çox HHMS verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna daha çox hava hücumundan müdafiə sistemi alacaq.

Editor.az bildirir ki, bu barədə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşü çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə birgə brifinqdə deyib.

“Mən ABŞ-ın, eləcə də Avropalı müttəfiqlər, Kanada və tərəfdaşların Ukraynaya göstərdiyi misilsiz dəstəyi alqışlayıram. Həm də inanıram ki, bu, NATO müttəfiqləri və tərəfdaşlarının verdiyi çox mühüm mesajdır. Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunda biz lazım olduğu qədər Ukraynanın tərəfində olacağıq”, – Stoltenberq bildirib. “Biz dəstəyimizi artıracağıq, xüsusən də Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi təqdim edəcəyik”, – Alyansın baş katibi vurğulayıb.

  //Samir,Editor.az