Qərbin binokl planı – Sərhəddə “müasir kəşfiyyatçılar” artır…backend

Qərbin binokl planı – Sərhəddə “müasir kəşfiyyatçılar” artır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbin Rusiyanı zəiflətmək məqsədi Ermənistana qarşı apardığı dəstək siyasətində aydın görünür. Ukrayna vasitəsi ilə buna nail olmayan Qərb Ermənistanı alətə çevirərək bu məqsəd yolunda istifadə edir. Qərb Ermənistana dəstək nümayiş etdirməklə həm öz məqsədlərini güdür, həm də ermənilərin rəğbətini qazanır. Cənubi Qafqazda mənafeyini gücləndirmək üçün Ermənistanı “qurban” seçən Qərb ermənidən daha çox erməni kimi davranır.

Məlum olduğu kimi, Aİ-nin Ermənistandakı missiyasının işçilərinin sayı artırılıb. Bu barədə EUMM-un rəhbəri Markus Ritter bildirib. Onun dediyinə görə “Ermənistanda Avropa İttifaqının müşahidəçilərinin sayının artması Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin monitorinqi üçün əlavə imkanlar yaradacaq.

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının (EUMM) Ermənistandakı fəaliyyəti ATƏT-in Minsk Qrupunun iş prinsipini xatırladır. Bu missiya ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Onların kəşfiyyat məqsədi ilə bölgəyə gəldikləri deyilir. Missiyanın rəhbərinin Almaniyada uzun müddət polis rəisi işləmiş, sonra dünyanın müxtəlif məkanlarında “xüsusi missiyalar” yerinə yetirmiş M.Ritter olması iddiaları daha da gücləndirir.

Mövcud vəziyyət qonşu ölkələri, xüsusilə İran və Rusiyanı narahat edir. Rusiyalı ekspertlərin dediyinə görə Rusiyanın Ermənistandakı 102-ci bazasının hərbçiləri bu missiya tərəfindən izlənilir, onların barədə məlumatlar toplanır. İran isə sərhədlərinin yanında EUMM “müşahidəçiləri” arasında yer alan NATO hərbçilərinin fəaliyyətini istəmir.

Bütün günü təpələrdə binokllarla fotosessiya etdirməklə iş görüntüsü yaradan Ermənistandakı monitorinq missiyasına edilən tənqidlərdən narahat olanlardan biri də Marina Kalyuranddır. Belə ki, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinə başçılıq edən 61 yaşlı Marina Kalyurand Bakı ilə bağlı gözləntilərini dilə gətirib. Estoniyanın keçmiş XİN başçısı Marina Kalyurand bildirib ki, Rəsmi Bakının Avropa İttifaqının, avrokomissar Jozep Borrelin, Avropa Parlamentinin sədri Roberta Metsolanın ünvanına tənqidləri qəbuledilməzdir. “Avropa İttifaqının, bizim Ermənistandakı monitorinq missiyamızın ünvanına da Azərbaycandan çoxlu tənqidlər eşildirik. Vəziyyəti diqqətlə müşahidə edirik. Azərbayacanın verdiyi vədlərə əməl edərək ermənilərin Dağlıq Qarabağa qayıdışlarını və ora dönmək istəyən ermənilərdən Azərbaycan vətəndaşlığını qəbul etmədən, hər hansı təhdidə məruz qoyulmadan təhlükəsizliklərinin təminatını gözləyirik. Qarabağlı ermənilərə hər hansı təzyiq beynəlxalq hüquq baxımından yolverilməzdir”

Görünür estoniyalı siyasətçi mövcud vəziyyətdən xəbərsizdir, tarixi bilikləri sıfırdır. Çıxışı ilə savadsızlığını üzə çıxaran siyasətçi azad edilmiş ərazilərimizdən hərbçilərimiz və polis əməkdaşlarımızın, dövlət qurumları mənsublarının çıxarılaraq, həmin ərazilərə ermənilərin yerləşməsini bunu yalnız müşahidə etməyimizi, Xankəndində separatçı rejimin bərpasını, ermənilərin yenidən silahlı dəstələr yaradaraq terror hücumlarını etməsini “beynəlxalq hüququn tələbləri” olduğunu düşünür. Halbuki, Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağı könüllü tərk edən ermənilər azərbaycan vətəndaşlığını qəbul etməklə yenidən bu torpaqlara qayıda bilər. Əks halda, bu mümkün deyil.

Milli.Az