Qırğızıstan lideri Caparov: ” Mövcud regional təşkilatlar münaqişələrin qarşısını ala bilmir”backend

Qırğızıstan lideri Caparov: ” Mövcud regional təşkilatlar münaqişələrin qarşısını ala bilmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan Prezidenti Sadir Çaparov bəyan edib ki, bu il 30-cu ildönümünü qeyd edən Konfrans ümumi çağırışlara, təhlükəsizlik, sabitlik və təhdidlərə qarşı mübarizə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi mexanizminə çevrilib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Çaparov mövcud regional təşkilatların regionda sabitliyə birbaşa təsir edən münaqişələrin qarşısını ala bilməyəcəyini bildirib.

Çaparov qeyd edib ki, koronavirus pandemiyasının təsirindən hələ tam sağalmayan qlobal iqtisadiyyat hazırda beynəlxalq gərginlik səbəbindən yeni sarsıntılar yaşayır. Bölgədə təhlükəsizliyin təmin edilməsi, Əfqanıstanın yenidən qurulmasının təşviqi və iri regional infrastruktur layihələrinin həyata keçirilməsi məsələlərinin bu platformada prioritet vəzifə kimi qalmalı olduğunu vurğulayan Çaparov Küveytin də Konfransda üzv dövlət kimi iştirak etmək qərarını alqışladığını bildirib.

//Gülnarə Abasova, Editor.az