Ramzan Kadırov müharibədə ölənlərin sayının açıqlanmasına etiraz edir: başa düşə bilmirəm,…backend

Ramzan Kadırov müharibədə ölənlərin sayının açıqlanmasına etiraz edir: başa düşə bilmirəm,…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov region hakimiyyətləri ölənlərin sayına münasibət bildirməkdənsə, “xüsusi hərbi əməliyyat” iştirakçılarının ailələrinə dəstək verməyə çağırıb.

Editor.az bildirir ki, bu barədə o, öz Telegram kanalında bildirib: “Region rəhbərlərinin “XHƏ”-da ölənlərin sayını səsləndirmələrini başa düşə bilmirəm. Sualım var: nə üçün? Onlar hər şeyi ən xırda təfərrüatlara qədər yazırlar… Çeçenlər də öz həqiqi oğullarını itirirlər, amma biz… ailələrə ehtiyac duyduqları hər şeydə kömək edirik”, – deyə Kadırov bildirib.

O, “xüsusi hərbi əməliyyat”da həlak olanların ailə üzvlərinin, eləcə də yaralanan Rusiya hərbçilərinin problemlərinin həll edilməsi xahişi ilə region hakimiyyətlərinə müraciət edərək deyib ki, istənilən döyüş əməliyyatı zamanı itkilərin qarşısını almaq mümkün deyil. Xatırladaq ki, bir gün əvvəl, fevralın 14-də Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko bələdiyyə rəhbərləri qarşısında çıxış edərək, onları “xüsusi hərbi əməliyyat” iştirakçılarının ailələrinə kömək etməyə çağırmışdı.

  //Samir Qurbanov, Editor.az