Rusiya daha 25 amerikalıya sanksiya tərbiq etdibackend

Rusiya daha 25 amerikalıya sanksiya tərbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi bir sıra amerikalı siyasətçi və mədəniyyət xadimlərinə qarşı sanksiyalar tətbiq edib.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib. Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi 25 ABŞ vətəndaşını yeni sanksiyalar siyahısına daxil edib. Bu siyahıya bir neçə senator, nazir müavinləri, Mərkəzi Asiya və Qafqaz İnstitutunun təsisçisi və sədri Stiven Star, iki aktyor və prodüser – Şon Penn və Ben Stiller daxildir. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Rusofob kursunu davam etdirən, ikitərəfli əlaqələri məhv edən, Rusiya ilə ABŞ arasında qarşıdurmanı gücləndirən Amerika hakimiyyətinin düşməncəsinə hərəkətləri bundan sonra da lazımi cavab alacaq”. Ümumilikdə Rusiyaya girişi qadağan edən sanksiya siyahısında 1073 nəfər ABŞ vətəndaşı var.

  //Samir,Editor.az