Rusiya sivil dünyadan təcrid olunur: tərəfdaşları azalırbackend

Rusiya sivil dünyadan təcrid olunur: tərəfdaşları azalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanın terrorçuluğu himayə edən dövlət olaraq tanınması haqqında qətnamə qəbul edib. Qətnamənin lehinə 99 nümayəndə səs verib. Sənəddə Rusiya terrorçu dövlət kimi tanınıb. Bu, Rusiyann terrora sponsorluq edən dövlət elan olunması baxımından ilk addım və beynəlxlaq miqyasda siqnaldır.

Qətnamədə həmçinin AŞPA tarixində ilk dəfə olaraq mülki əhalinin təhlükəsizliyini qorumaq üçün silaha, hava hücumundan müdafiə sisteminə ehtiyac olduğu vurğulanıb.
Qətnamədə Rusiya üçün beynəlxalq tribunalın qurulması da istənilib.

Siyasi analitik Kənan Novruzov Editor.az-a açıqlamasında bildirib ki, bu, müharibə başlayandan, fevraldan bəri beynəlxalq ictimaiyyətin Rusiyaya vurduğu növbəti haqlı zərbədir:

“Daha dəqiq desək, Moskvanın hegemon xarici siyasətinə görə düşdüyü növbəti quyudur. Kreml tədricən sivil dünyadan təcrid olunur. Bu, ona qarşı tətbiq olunan sanksiyalardan özünü daha yaxşı göstərir. Həmçinin Moskva artıq tərəfdaşlarını itirməyə başlayıb. Rusiyanın işğalçı siyasətini dəstəkləyən dövlət, demək olar, yoxdur. Hətta Moskvanın for postu hesab edilən İrəvan belə, artıq ondan üz döndərir, belə demək mümkünsə, canını qurtarmağa çalışır. Əlbəttə, Rusiyanın sivil dünyadan təcrid olunması, o cümlədən AŞPA – da verilən qərar təkcə bu dövlətin özünə aid deyil. Bu, həm də Rusiya ilə bu və ya digər formada əlaqədə olan dövlətlərə də təsir edəcək. Fikrimcə, müxtəlif ölkələr bundan sonra Rusiya ilə qarşılıqlı əlaqələrdə daha ehtiyatlı davranacaqlar. Çünki heç bir dövlət “qara siyahıya” düşmək istəmir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan indiyədək dəfələrlə ən yüksək tribunalarda Kremlə haqq qazandırıb. Zənnimcə, bundan sonra Ərdoğanın da neytral mövqeyində Ukraynanın xeyrinə dəyişiklik olacaq. Əks halda prezident seçkiləri ərəfəsində daxildəki müxalifət AK parti iqtidarının terrorçunu dəstəkləməyindən istifadə edə bilər. Sözsüz, Ərdoğan bunu yaxşı bilir. Beləliklə, Rusiyaya hər tərəfli zərbə vurulur. Moskvanın şansları tədricən azalır. Amma təəssüf ki, Kreml əleyhinə atılmış hər bir addım ehtimal edilən nüvə müharibəsini daha da yaxınlaşdırır”.

//Gülnarə Abasova, Editor.az